XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2018 - 20:05

Kürdəmirdə evdə yanğın olub- Ev sahibəsi yanaraq ölüb

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb.

Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.