XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 November 2018 - 18:54

Çində günahsız məhkum 23 il sonra azadlığa çıxdı –Ömürlük həbs olunmuşdu

Çində 23 ili istintaq səhvi ucbatından həbsdə keçirmiş şəxs azadlığa çıxıb.

Trend-in məluatına görə, hazırda 50 yaşı olan Tszin Çjehun 1995-ci ildə zorlama və qətldə ittiham olunaraq ömürlük həbs cəzasına məhkum edilib. Yalnız 2014-cü ildə Çin Ali Məhkəməsi işə yenidən baxılmasını tələb etdikdən sonra bəzi təfərrüatlar məlum olub.

Belə ki, məhkum ittihamları işgəncə altında qəbul etdiyini bildirib. 4 il davam etmiş istintaq nəticəsində T.Çjehun azadlığa buraxılıb.