XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Dekabr 2018 - 20:13

Gürcüstanda xüsusi əməliyyat keçirildi –7 Ukrayna vətəndaşı saxlanılıb

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində xüsusi əməliyyat zamanı 7 Ukrayna vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna vətəndaşları odlu silah və partlayıcı maddələrin qanunsuz əldə olunması və saxlanılmasında şübhəli bilinirlər.

Faktla bağlı istintaq aparılır. Hadisə barədə ətraflı məlumat verilmir.

Saxlanılan şəxslərdən hansı silahların müsadirə olunduğu məlum deyil/Report.