XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2018 - 13:50

DİN Qusarda baş verən güllələnmə ilə bağlı rəsmi məlumat yaydı –Sabirabad sakinini güllələyən şəxs saxlanılıb

 Daxili İşlər Nazirliyi (DİN) Qusarda baş verən güllələnmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb.

DİN-nin mətbuat xidmətindən bildirilib ki, Qusar və Quba Rayon Polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 2-də Qusar şəhəri ərazisində Sabirabad rayon sakini Zaman Əhmədova tüfəngdən açdığı atəşlə xəsarət yetirməkdə şübhəli bilinən Quba rayon sakini Əşrəf Qədirov saxlanılıb.

Ondan hadisəni törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “TOZ-8” markalı tüfəng götürülüb/Report.