XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

07 Dekabr 2018 - 13:24

Nazirlik qəzaya uğramış məktəbli avtobusu ilə bağlı açıqlama yaydı –4 nəfər  xəstəxanaya yerləşdirilib

Avtobusun qəzaya uğraması nəticəsində xəsarət alan şagirdlər və onların valideynlərinin hazırkı vəziyyəti barədə Səhiyyə Nazirliyindən açıqlama verilib.

AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına əsasən iki böyük və iki azyaşlı olmaqla dörd nəfər 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstələrin vəziyyəti normaldır, ağır travma, sınıq qeydə alınmayıb. Onların bu gün nəzarətdə saxlanıldıqdan sonra sabah evə buraxılması nəzərdə tutulur.

Məlumat verdiyimiz kimi dekabrın 7-də saat 07:45 radələrində məktəbliləri daşıyan avtobus paytaxtın Qobu qəsəbəsindən şəhər istiqamətində hərəkətdə olarkən qəzaya uğrayıb. Nəticədə avtobusda olan Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin 2 şagirdi və 2 valideyn xəstəxanaya yerləşdirilib.