XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2018 - 22:33

BNA Xocahəsəndə baş verən qəzanın ilkin səbəbini açıqlayıb

 

 

 

 

 

 

 

 

Bakı Nəqliyyat Agentliyi (BNA) bir qədər əvvəl Xocahəsən qəsəbəsində baş verən qəzanın ilkin səbəbini açıqlayıb.

“Bir qədər əvvəl Bakı-Sumqayıt yolunda 20 yanvar dairəsi istiqamətində 119 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən “10-TG-174″ DQN-lı avtobus qəzaya uğrayıb. Hadisə ilə bağlı məlumat daxil olan kimi Bakı Nəqliyyat Agnetliyinin əməkdaşları hadisə yerinə yollanıb”, – deyə Trend-ə Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Onun sözlərinə görə, ilkin araşdırmalar nəticəsində və şahidlərin bildirdiyinə görə, hadisə minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması səbəbindən baş verib: “Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq”.