XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2016 - 10:34

“Aztelekom”un keçmiş baş mühasibininhəbs müddəti uzadıldı

mehkeme

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilmiş daha bir sabiq əməkdaşının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Trend-n məlumatına görə, ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən “Aztelekom” MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu il fevralın 21-də barəsindəki 3 aylıq həbs müddəti bitən O.Rüstəmovun həbs müddəti məhkəmənin qərarı ilə daha 3 ay artırılıb.

 

Xatırladaq ki, O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.