XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2018 - 10:12

Bakıda piyadanı vuraraq öldürən maşın İcra Hakimiyyətinə məxsus olub- Cinayət işi başlanıb

Bakıda zibildaşıyan maşının vurduğu piyadanın şəxsiyyəti məlum olub.

“Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu ərazisində həmin rayonun İcra Hakimiyyətinə məxsus, Qəhrəman Ağababayevin idarə etdiyi “İveco” markalı, 99 JF567 dövlət nömrə nişanlı yük maşını yolu keçmək istəyən, 1963-cü il təvəllüdlü Cümşüd Cəmil oğlu Kərimlini vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.