XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2018 - 19:33

Ağcabədidə tank əleyhinə iki mina aşkarlandı –Polis və ANAMA-dan birgə əməliyyat

Dekabrın 11-də saat 10:36-da Daxili İşlər Nazirliyinin 102 – Zəng Mərkəzi Xidmətindən və saat 10:43-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi rayonunun Qaradolaq kəndində partlamamış hərbi sursatın tapılması barədə məlumat daxil olub.

Strateq.az ANAMA-ya istinadən xəbər verir ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları həmin əraziyə göndərilib.

Qurumun mütəxəssisləri və rayon polis şöbəsinin əməkdaşları ərazidə 1 saylı kənd orta məktəbinin söküntü aparılan hissəsinə baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən iki ədəd təlim məqsədli (tərkibində heç bir partladıcı maddə olmayan) tank əleyhinə mina (TM-62) aşkarlanıb. Həmin sursat götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Təlim minalarının ətrafında 500 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Agentlik tərəfindən yanvarın 1-dən dekabrın 11-dək ümumilikdə 5465 ədəd partlamamış hərbi sursat, bir silah, piyada əleyhinə 2, tank əleyhinə 10 mina, 1 kiloqram civə və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkarlanaraq zərərsizləşdirilib. Bu müddətdə ümumilikdə 407 min 242 kvadratmetr ərazi yoxlanılıb.