XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 11:28

Türkiyədə qatar qəzasında ölənlərin sayı 7-yə çatdı –46 yaralı var (VİDEO)

Türkiyədə sürət qatarının lokomotivlə toqquşması nəticəsində ölənlərin sayı 7-yə, yaralıların sayı isə 46-ya çatıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, xəsarət alanlardan 3-nün vəziyyəti ağırdır.

Ölənlərdən biri sürətli sərnişin qatarının maşinisti, 6-sı isə sərnişindir. Qatarda ümumilikdə 206 sərnişin olub. Hadisə ilə bağlı Ankara Prokurorluğu cinayət işi başlayıb, araşdırma aparılır.

Qeyd edək ki, Ankara-Konya marşrutu üzrə hərəkət edən sürət qatarı qəzaya uğrayıb. Hadisə Ankaranın Yeniməhəllə rayonunun Marşandiz dəmiryol stansiyasında olub.