XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2018 - 20:42

Strasburqda silahlı hücumda ölənlərin sayı 4 nəfərə çatdı-Daha bir yaralı vəfat etdi

FransanınStrasburq şəhərində baş verən silahlı hücumnəticəsində ölənlərin sayı 4-ə çatıb.

“Report” BFM TV telekanalına istinadən xəbər verir ki, prokurorluqdan verilən məlumata görə, xəsarət alanların biri xəstəxanada dünyasını dəyişib. Daha əvvəl hadisə nəticəsində 10 nəfərdən artıq yaralanan olduğu bildirilmişdi.

Xatırladaq ki, dekabrın 11-də axşam Strasburqdakı Milad yarmarkasının qarşısında 29 yaşlı Şərif Şekat ətrafa atəş açmış, sonra isə hadisə yerindən uzaqlaşmışdı. Bir çox cinayətlər törətdiyinə görə polisin yaxşı tanıdığı Ş.Şekat ötən gün keçirilən xüsusi əməliyyat zamanı zərərsizləşdirilib.