XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 14:28

Xarici İşlər Nazirliyinin həbs edilən iki əməkdaşına hökm oxundu –Məhkəmə prosesi

Xəzər Rayon Məhkəməsində Azərbaycana gələn əcnəbilərin viza rəsmiləşdirilməsi zamanı xidməti vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunla müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almaqda təqsirləndirilən Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq idarəsinin beynəlxalq hava limanındakı viza şöbəsinin 3-cü katibi Elton Xəlilli və nazirliyin digər əməkdaşı Anar Quliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə hər iki şəxs 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) həmin şəxsləri 2018-ci il yanvarın 26-da keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxlayıb.

Həmçinin bu şəxslərlə birgə Dövlət Sərhəd Xidmətinin Hava nəqliyyatında sərhəd-nəzarət idarəsinin beynəlxalq hava limanında zabit nəzarətçisi baş leytenant Zeynalov Lətif Fərhad oğlu və nəzarətçi gizir Qasımlı Zaur Taleh oğlu da həbs edilib. Həmin şəxslərin cinayət işi ayrıca icraata götürülüb və Bakı Hərbi Məhkəməsinə göndərilib.