XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2018 - 17:27

Rusiya İstintaq Komitəsinin polkovniki saxlanılıb – Rüşvət ittihamı

Rusiyanın Samara regionunda İstintaq Komitəsinin polkovniki rüşvətxorluq ittihamı ilə saxlanılıb.

Strateq.az Azadlıq Radiosuna istinadən bildirir ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları dekabrın 18-də deyiblər ki, polkovnik Vera Rabinoviç paytaxt Samara aeroportunda 10 milyon rubl (150 min dollar) rüşvət alarkən saxlanıb. Rabinoviç Komitənin iqtisadi cinayətlər üzrə region departamentinin rəhbəridir.

FSB rəsmilərinin məlumatına görə, iki şübhəli vasitəçi də saxlanıb və hər üçü təcridxanaya yerləşdirilib. FSB sözügedən məbləğin daha böyük rüşvətin – 15 milyon rublun (225 min dollar) bir hissəsi olduğunu bildirir. İddia olunur ki, Rabinoviç bunu maliyyə cinayəti qurbanından cinayət işinə məhkəmədə baxılmasını sürətləndirmək üçün qəbul edib.