XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 12:29

Ucarda itkin düşən qadının meyiti tapıldı –Polis kənd sakinini saxladı

Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb: “Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb”.


Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.