XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 12:32

Mağazalarda partlayıcı oyuncaqlar və pirotexniki vasitələr aşkarlanıb –Bakı polisindən əməliyyat

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Strateq.az DİN-ə istinadən bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının dekabrın 19-da keçirdikləri növbəti reydlər zamanı Müşfiqabad qəsəbəsi ərazisində 2 mağazadan ümumilikdə 1582 ədəd, “Sədərək” ticarət mərkəzindəki mağazalardan isə 2084 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.