XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Dekabr 2018 - 16:36

Daşkəsəndə dəhşətli hadisə –Vəhşi heyvanların parçaladığı kişi meyiti tapılıb

 

Daşkəsən rayonunda fərdi yaşayış evində vəhşi heyvanlar tərəfindən parçalanmış kişi meyiti tapılıb.

Hadisə rayonun Almalı kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan ahıl kişinin tanınmaz halda olan meyiti yaşadığı evdə aşkar olunub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Meyit muayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Daşkəsən rayon şöbəsinə yerləşdirilib. Məlum olub ki, kişinin baş və bədəninin müxtəlif nahiyələri vəhşi heyvanlar tərəfindən parçalanıb. Meyitin baş nahiyəsi tamamilə parçalandığı üçün yaşlı kişinin şəxsiyyətini hələlik müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.