XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2018 - 00:21

Gürcüstanda Azərbaycan şirkətinə maskalı şəxslər basqın etdi –Oğurluq

Gürcüstanın Zuqdidi şəhərində yerləşən “Tural Group” adlı Azərbaycan şirkətinə məxsus fındıq fabrikinə silahlı basqın olub.

Strateq.az “Report”a istinadən xəbər verir ki, saat 22:00 radələrində üç maskalı şəxs fabrik binasına basqın edərək, 50 min lari məbləğində pul oğurlayıb.

Şirkətin meneceri Maya Mikava bildirib ki, basqınçılar fabrik əməkdaşını döyüblər və o, xəstəxanaya çatdırılıb.

Gürcüstan Daxili İşlər Nazirliyi fındıq fabrikindən oğurluq olması faktını təsdiqləyib. Faktla bağlı istintaqa başlanılıb.

Qeyd edək ki, “Tural Group” şirkətinə məxsus fındıq fabriki Zuqdididə ən iri müəssisələrdən biridir. Şirkət 2016-cı ildə qeydiyyata alınıb.