Bursanın Orhanəli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, avtobusun qəzaya uğrayaraq aşması nəticəsində 19 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.
Qəzaya təkərin partlaması səbəb olub. Nəticədə sürücü idarəetməni itirib və yas mərasimindən qayıdan insanları daşıyan avtobus yoldan çıxaraq aşıb.