XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2018 - 23:20

Goranboyda maşın traktorla toqquşub –5 nəfər yaralanıb + Adlar

Bakı-Qazax avtomobil yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş vermiş yol qəzası nəticəsində yaralıların sayı artıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, 1975-ci il təvəllüdlü Yevlax rayon sakini İsmayılov Famil İldırım oğlunun idarə etdiyi “Lifan”markalı avtomobilin traktorun qoşqusuna çırpılması nəticəsində sürücü də daxil olmaqla 5 nəfər xəsarət alıb.

Bunlar onun 1970-ci il təvəllüdlü qardaşı İsmayılov Elburus İldırım oğlu, 1965-ci il təvəllüdlü İsmayılova Xurmayə Maşallah qızı, 2004-cü il təvəllüdlü İsmayılov Vüqar Elburus oğlu və İsmayılov Ramiz Famil oğludur. Onların vəziyyətinin normal və qənaətbəxş olduğu bildirilir.