XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 Dekabr 2018 - 12:25

Texniki Universitet bıçaqlanan tələbəsi ilə bağlı açıqlama verdi –Uşaqlıq dostu öldürüb

Bakıda bıçaqlanaraq öldürülən Xəlilov Elman Elyar oğlu Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub.

Bu barədə Trend-ə universitetdən məlumat verilib. Qeyd olunub ki, hadisə 23.12.2018-ci il tarixində, yəni istirahət günündə universitetdən kənarda baş verib: “Bizdə olan qeyri-rəsmi məlumata görə, 25.07.2000-ci il təvəllüdlü Elman uşaqlıq dostu Murğuzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır”.

Xatırladaq ki, Bakının Nərimanov rayonu Atatürk prospekti, ev 2a ünvanında Ağstafa rayonunun Dağ Kəsəmən kəndinin sakinləri – 2000-ci il təvəllüdlü Murğuzov Rauf İlqar oğlu həmkəndlisi, 2000-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə R.Murğuzov E.Xəlilovu bıçaqla qətlə yetirib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən istintaq əməliyyat tədbirləri nəticəsində R.Murğuzov saxlanılıb.