XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 13:48

Bankda saxta pul dəyişmək istəyən şəxs saxlanıldı –Bakıda polis əməliyyatı

Bakıda saxta pul dəyişmək istəyən şəxs polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində cinayət başında yaxalanıb.

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki,  dekabrın 24-də banklardan birinin Yasamal rayonundakı filialında üç ədəd 100 manatlıq saxta əsginası dəyişmək istəyən şəxs orada xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb:

“27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini Sübhan Əhədov olduğu müəyyənləşdirilib.

Faktla bağlı araşdırma aparılır”.