XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Dekabr 2018 - 19:50

“Narkoloji Mərkəzdə yanğın işi” ilə bağlı məhkəmə prosesi:zərərçəkmiş və şahidlər iclasa məcburi gətiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, zərərçəkmiş və şahidlər məhkəməyə gəlməyib.

Hakim bildirib ki, həmin şəxslər məhkəmə çağırışlarına əməl etmir.

Məhkəmə onların barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses 2019-cu ilin yanvarın 4-dək təxirə salınıb.

Qeyd edək ki, bu il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.