XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2018 - 21:47

Gömrükçülər Azərbaycana xüsusi maddə keçirilməsinin qarşısını aldı –FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Moskva-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen cihazıyla baxış keçirərkən, plastik qabların içərisindəki maddənin təsviri şübhə doğurub.

Strateq.az DGK-nə istinadən xəbər verir ki, bu səbəbdən vətəndaş saxlanılıb və onun yükü təkrar yoxlanılıb. Nəticədə vətəndaşa məxsus karton qutunun içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim olunmamış, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 5 ədəd – hər birinin təmiz çəkisi 100 qram olan və üzərində “Калий марганцевокислый” sözləri yazılmış plastik qablarda tünd bənövşəyi rəngli kristal formasında maddə aşkar olunub: “Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, ümumi təmiz çəkisi 500 qram olan həmin maddə kalium permanqanatdır və “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı”na daxildir”.