XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 11:57

Polis partlayıcı oyuncaqlar və pirotexniki vasitələrə qarşı reydləri davam etdirir –İki mağazada 8500 ədəd "məhsul" aşkarlandı

Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Xətai və Abşeron rayonları ərazisində keçirdikləri növbəti reydlər zamanı 2 mağazadan ümumilikdə 8500 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik partlayıcı pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.