XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

27 Dekabr 2018 - 14:08

Polad Bülbüloğlunun qardaşının 200 min manatını mənimsəyən şəxs şikayət etdi –Məhkəmə prosesi

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Məmməd Nəsibovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Strateq.az “Report”a istinadən xəbər verir ki, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvarın 11-nə təyin edilib.

Qeyd edək ki, M.Nəsibov vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı 400 min manata yaxın dələduzluq edib.

İttiham aktına əsasən, o, İradə İsmayılovaya Hövsan qəsəbəsində 15 sot sənədsiz torpağı 21 min 500 manata satıb, Abşeronda yaşayış evi tiktirmək adı ilə Çingiz Məmmədovun 200 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində daha əvvəl işi baxılan zaman apellyasiya şikayəti hərəkətsiz saxlanılıb. Qərara əsasən, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində işə yenidən baxıldıqdan sonra məhkum yenidən apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Xatırladaq ki, zərərçəkmiş Ç.Məmmədov Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.