XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

28 Dekabr 2018 - 22:14

Argentinanın sabiq prezidentinın evində axtarış aparılıb –31 rəsm əsəri müsadirə olunub

Argentina polisi korrupsiya ilə bağlı təhqiqat çərçivəsində ölkənin sabiq prezidenti Kristina Elizabet Fernandes de Kirşnerin Buenos-Ayres şəhərində yerləşən evindən 31 rəsm əsərini müsadirə edib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, müsadirə olunan sənət əsərlərinin ümumi dəyəri 4 milyon dollar həcmində qiymətləndirilir.

Argentinada hakimiyyət orqanlarının yuxarı pillələrində rüşvətlə bağlı təhqiqat ötən ilin noyabr ayında başlayıb və hələ də davam edir.

Xatırladaq ki, Fernandes de Kirşner 2007-2015-ci illərdə Argentinanın Prezidenti olub.