XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 Fevral 2016 - 10:51

Cəncədə silahlı insident- 32 yaşlı şəxs güllələndi

 

silah

Gəncə şəhərində güllələnmə faktı qeydə alınıb.

Strateq.az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, dünən saat 23:30 radələrində 32 yaşlı şəhər sakini Elmir Cəlilov odlu silah yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına (TTYX) çatdırılıb.

Dərhal cərahiyyə şöbəsinə yerləşdirilən şəxsi xilas etmək mümkün olmayıb.

Hazırda cinayəti törədən şəxs və ya şəxslərin kimliyi dəqiqləşdirilir. Hadisənin hansı zəmində baş verməsi ilə bağlı hələlik dəqiq məlumat yoxdu.

Gəncə şəhər TTYX-da hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və araşdırmalara başlanılıb.