XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2018 - 13:11

Vahid Ələkbərovun müavini necə öldürüldü –Təfərrüat (VİDEO)

Moskvada “Lukoil” neft şirkətinin baş podratçısı, “Master-Neft” şirkətinin rəhbəri Şalva Şalyaxovun qətlinin təfərrüatı məlum olub.

Strateq.az qaynarinfo-ya istinadla xəbər verir ki, o, keçmiş arvadının sevgilisi tərəfindən qətlə yetirilib.

Buna səbəb isə onlar arasında yaranan mübahisə olub. Belə ki, keçmiş həyat yoldaşının sevgilisi Şalyaxovdan olan uşağın İslamı qəbul etməsini istəyib. Şalyaxov isə buna etiraz etdiyindən aralarında mübahisə düşüb. Bundan sonra sifətinə tibb maskası taxmış şəxs Şalyaxovu Moskvadakı Qaribaldi küçəsi, ev 36 ünvanında qətlə yetirib. O, biznesmeni evinin girişində gözləyib və çoxsaylı bıçaq zərbələri endirib.

Hadisədən sonra qatil taksiylə Şalyaxovun keçmiş arvadının evinə gedib. Polis isti izlərlə cinayətkarı tutub.

Faktla bağlı araşdırma davam etdirilir.