XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Yanvar 2019 - 21:18

Mingəçevirdə əlində fişəng partlayan yeniyetmənin vəziyyəti ağırdır- Bakıya göndərilib

Mingəçevir şəhərində əlində pirotexniki vasitə partlayan yeniyetmənin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, iki gün əvvəl 2007-ci il təvəllüdlü Yusif Sadıq oğlu İsmayılovun əlində fişəng partlayıb.

Nəticədə 12 yaşlı yeniyetmənin sol gözü zədələnib. O, müayinə və müalicəsinin davam etdirilməsi məqsədilə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə yerləşdirilib.