XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 13:40

Türkiyədə 24 yaşlı azərbaycanlı qadın qətlə yetirildi –Təfərrüat

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Azərbaycan vətəndaşı qətlə yetirilib.

“Haberler” xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarova Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında avtomobildə H.A. adlı şəxslə mübahisə edib.

Bu mübahisənin dava-dalaşa dönməsi nəticəsində Qənirə Cabbarova bıçaqlanıb. H.A. həbs edilib.

Azərbaycan vətəndaşının cənazəsi isə müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin Antalya şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. /Report/