XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Yanvar 2019 - 15:12

Qanunsuz ov edən iki nəfər saxlanılıb –Polis əməliyyatı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində qanunsuz ov edən şəxslər saxlanılıblar.

Strateq.az DİN-ə istinadən xəbər verir ki, Ağdam rayon Üçoğlan kəndi ərazisində qanunsuz ov etmək istəyən rayon sakinləri Eyvaz Nayıbov və Rafayıl Piriyev saxlanılaraq şöbəyə gətirilib:

“Onlardan müvafiq sənədləri olmayan “İj-16” və “İj-12” markalı ov tüfəngləri götürülüb. Həmin gün keçirilmiş əməliyyat tədbirləri nəticəsində daha bir qanunsuz ovun qarşısı alınıb. Rayon sakini Elçin Heydərov Əfətli kəndi ərazisində qanunsuz ov edərkən saxlanılıb. Ondan müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi də götürülüb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilib”.