XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 Yanvar 2019 - 19:39

Salyanda ağır yol qəzası baş verib –Ölən və yaralanan var

Salyan rayonunda yol qəzası baş verib.

Hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KamAZ” markalı yük maşınının minik avtomobili ilə toquşması nəticəsində Salyan şəhər sakini, 1991-ci il təvəllüdlü Seyidabdulla Şahin oğlu Ağalarov və rayonun Xurşud kənd sakini, 1985-ci il təvəllüdlü Tural Tahir oğlu Tarverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılarkən S.Ağalarov yolda dünyasını dəyişib. Digər yaralı isə xəstəxananın Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.