XƏBƏR LENTİ

31 May 2020
30 May 2020
29 May 2020

Digər Xəbərlər

21 Fevral 2016 - 20:22

İkiqat Azərbaycan çempionunu öz maşınındagüllələyən tutuldu

 

elmircelilov-idmanci-qetl

 

Fevralın 20-də axşam saatlarında Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Elmir Cəlilovu odlu silahla qətlə yetirən 1984-cü il təvəllüdlü Anar Tağıyev tutulub.

 

O, hazırda hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır(Virtual).

 

Xatırladaq ki, Elmir Cəlilov kikboks üzrə ikiqat Azərbaycan çempionudur. Onu şəhərin Əttarlar küçəsində, “Kəpəz” mehmanxanasının qarşısında öz avtomobilində güllələyiblər.

 

Azərbaycan Kikboksing Federasiyasının prezidenti Adil Əliyev "Facebook" səhifəsində Elmir Cəlilovun həlak olduğu barədə məlumat paylaşıb və onun ailəsinə başsağlığı verib. E.Cəlilov ailəli, 2 uşaq atası olub.