XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

04 Yanvar 2019 - 16:29

Maqnitoqorskdakı dağılmış binada partlayıcı izi tapılmayıb –Rusiya İstintaq Komitəsi

Təhqiqatçılar Maqnitoqorskda yaşayış binasının dağıntılarına baxışı sona çatdırıblar və orada partlayıcı maddə izlərinə rast gəlməyiblər.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib. Onun sözlərinə görə, müstəntiq-kriminalistlərin və İstintaq Komitəsi ekspertlərinin hadisə yerindən götürülmüş dağıntı fraqmentlərinə baxışı zamanı partlayıcı maddələrin və ya onların komponentlərinin izləri aşkarlanmayıb. İstintaq Komitəsi məlumat verib ki, əsas versiya məişət qazının partlamasıdır. Bununla yanaşı, onmərtəbəli binada baş verən partlayışla bağlı bütün versiyalar nəzərdən keçirilir.

FHN cümə axşamı günü xilasetmə işlərini başa çatdırıb. Son məlumata əsasən, yaşayış binasının dağıntıları altından 39 cəsəd çıxarılıb. Həlak olanların 6-sı uşaqdır.