XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 10:52

Narkotacirlərdən 350 kiloqram narkotik tutuldu –Çində (FOTO)

Çinin Yunnan vilayətində polisin keçirdiyi əməliyyat nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan 2 nəfər həbs edilib. Onlardan ümumilikdə 350 kiloqram metamfetamin maddəsi müsadirə edilib.

AZƏRTAC xəbər verir ki, ötən ilin dekabr ayının əvvəlində polisə həmin şəxslərin Myanmadan Çinə narkotik vasitələr gətirmələri barədə məlumat daxil olub. Polis narkotacirləri Menxay dairəsinin Daluo qəsəbəsində növbəti sövdələşmə zamanı həbs edib.

Qeyd edək ki, Vyetnam, Laos və Myanma ilə sərhəddə yerləşən Yunnan vilayətində narkotik vasitələrin qeyri-qanuni ticarəti hallarına tez-tez rast gəlinir. Narkotacirlər qeyd olunan ölkələrdən narkotik vasitələri Yunnan vilayəti vasitəsilə Çinə gətirməyə cəhd edirlər.