XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

06 Yanvar 2019 - 13:16

Vəkildən açıqlama:“Mehman Hüseynov müalicə müəssisəsinə köçürülməyib”

“Mehman Hüseynov müalicəəssisəsinə köçürülməyib”.

Strateq.az -ın məlumatına görə, bu barədə vəkil Fuad Ağayev Amerikanın Səsinə bildirib: “Mən bu gün, yanvarın 6-da müstəntiqlə əlaqə saxladım. O dedi ki, Mehman Hüseynov müalicəəssisəsinə köçürülməyib”, vəkil qeyd edib.

Dünən sosial şəbəkələrdə dekabrın 26-dan aclıq edən Mehman Hüseynovun səhhətinin ağırlaşdığı üçün Ədliyyə Nazirliyinin müalicə müəssisəsinə köçürülməsi barədə məlumatlar yayılıb.

Penitensiar Xidmət də yayılan məlumatları təkzib edib: “Mehman Hüseynovun mülaicəəssisəsinə köçürülməsi üçün heç bir əsas yoxdur. Hüseynov su və qida qəbul edir, səhhətində hər hansı problem yoxdur”, – Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə bildirib.

Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur.