XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

29 Aprel 2015 - 05:00

Azərbaycanda yük qatarı aşıb – FOTO

Bakı-Böyükkəsik dəmir yolu xəttinin Goranboy rayonu ərazisindən keçən hissəsində yük qatarı qəzaya uğrayıb.

Strateq.az Report-a istinadən xəbər verir ki, stansiyanın daxilində manevretmə prosesi yerinə yetirilərkən 3 vaqon relsdən çıxaraq aşıb.Hadisə ötən gün axşam saatlarında Kürəkçay stansiyasının yaxınlığında baş verib.

Hadisə zamanı vaqonlar yüksüz olduğundan, dağıntı nisbətən az olub. Yalnız dəmir yolu infrastrukturuna qismən ziyan dəyib.

“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İnfrastruktur Departamentinin texnikası və işçi qüvvəsi dərhal hadisə yerinə səfərbər edilib.

Həyata keçirilən tədbirlər nəticəsində gecə saatlarında yolda mövcud nasazlıq aradan qaldırılıb. QSC-dən bildirilib ki, qəza digər qatarların hərəkətində maneə yaratmayıb. Qəzanın vaqonlarda olan nasazlıqdan qaynaqlandığı güman edilir: “Hazırda istər yük, istərsə də sərnişin qatarlarına hərəkət açıqdır”.