XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

06 Yanvar 2019 - 18:12

Rusiyada mikroavtobus aşıb, 8 azərbaycanlı yaralanıb –DİN açıqlama yaydı

Rusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının sayı 8 nəfərə çatıb.

Bu barədə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş Yol Təhlükəsizliyi İdarəsinin əyalət üzrə idarəsi məlumat yayıb.

“Onların hamısı Levokumski və Budennovski rayonlarının tibb müəssisələrinə çatdırılıblar, orada yaralılara lazımi tibbi yardım göstərilir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə 11:45-də Levokumski kəndinin 1 kilometrliyində Bakı-Moskva marşrutu ilə Azərbaycan vətəndaşlarını daşıyan “Mercedes” markalı marşrut mikroavtobusu aşıb.

Qeyd olunur ki, mikroavtobusda 13 nəfər olub/Report.