XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Yanvar 2019 - 23:12

Əfqanıstanda qızıl mədəni çökdü-Ölənlərin sayı 40 nəfərə çatıb

Əfqanıstanda qızıl mədəninin uçması nəticəsində ölənlərin sayı 40 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb. Hadisənin baş verdiyi Bədəhşan əyalətinin deputatının sözlərinə görə, 15 nəfərin həyatını xilas etmək mümkün olub. Lakin onlardan çoxu xəsarət alıb və vəziyyətləri ağırdır.

Məlumata görə, hadisə zamanı mədəndə 50-dən çox insan olub.