XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

07 Yanvar 2019 - 16:12

Sərhədçilərimiz iranlı narkotacirləri yaxaladı- Sifarişçi də həbs olunub - FOTOSESSİYA

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Strateq.az-a verilən məlumata görə, bu il yanvarın 2-də Biləsuvar dövlət sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran İslam Respublikası vətəndaşları – 1991-ci il təvəllüdlü Oghba Tooraj Hassanalivə 1980-cı il təvəllüdlü Bigham Chouploujeh Arash Esfandyarın üzərinə baxış keçirilərkən daxili orqanlarından ümumilikdə 392 qram narkotik maddə olan heroin aşkar olunub.

Narkotik vasitələrin sifarişçisinin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən DİN orqanları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2019-cu il yanvarın 3-də Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Əmircan qəsəbə sakini, 1969-cu il təvəllüdlü Danil Səfərəli oğlu Məmmədov saxlanılıb.

Fakt üzrə cinayət işi başlanılıb, qeyd olunan şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində həbs-qətimkan tədbiri seçilib. Cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.