XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

08 Yanvar 2019 - 11:20

Saatlıda qanunsuz ov edən Fizuli rayon sakinləri saxlanıldı –FOTO

Yanvarın 7-də qanunsuz ov etdiklərinə görə 5 nəfər Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Strateq.az-a verilən məlumata görə, araşdırmalarla onların Fizuli rayon sakinləri Yavər Rəhimov, Təvəkkül Şıxəliyev, Firqət Muradov, Elyar Eyvazov və Rasim Kərimov olduqları müəyyən edilib: “Onlardan 2 ədəd “TOZ-63”, “İJ-58”, “MR-155” və müvafiq sənədləri olmayan “İJ-18” markalı ov tüfəngləri və 15 ədəd patron, habelə ovladıqları 10 ədəd dovşan götürülüb”.

Faktla bağlı araşdırma aparılır.