XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

08 Yanvar 2019 - 16:03

Atası Mehman Hüseynovla görüşüb:“Ona meyvə və başqa yeməklər aldım”

Bu gün, yanvarın 8-də bloqqer Mehman Hüseynovun atası Rafiq Hüseynov 1 Saylı Bakı İstintaq Tәcridxanasında oğluna baş çəkib.

Strateq.az bildirir ki, bu barədə Azadlıq Radiosuna R.Hüseynovun özü məlumat verib: Mehmanla görüşüm bir saatdan çox çəkdi. Müəssisənin rəhbəri söz verdi ki, gələcəkdə bizim görüşlərimizə mane olmayacaq.

R.Hüseynovun vurğulamasına görә, M.Hüseynovu halsız və zəif görüb: Mən ondan qida qəbul etməyini xahiş etdim. Ona meyvə və başqa yeməkləri aldım. Xahiş etdim qida qəbul etsin, qəbul etməsə də, apardığım sovqatı kamera yoldaşlarına versin. Bilmirəm, mənə qulaq asacaq, ya yox?.

Atasının deməsinə görə, görüş zamanı M.Hüseynov ona bildirib ki, nəzarətçini döyməyib: Dedi ki, həmin zaman mən heç orada olmamışam, başqa yerdə çay içirdim. İttihamlar uydurma və yalandır.

R.Hüseynov vurğulayıb ki, İstintaq Tәcridxanasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrini görüb. “Çox güman ki, onlar Mehmanla görüşə gәlmişdilər”, – Hüseynov əlavə edib.