XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

09 Yanvar 2019 - 19:14

Türkiyədə gəminin batması nəticəsində ölən azərbaycanlılardan biriNeftçala sakinidir

Qara dənizin Türkiyənin Samsun şəhəri sahillərində “Volgabalt 214” yük gəmisinin batması nəticəsində dünyasını dəyişən azərbaycanlı dənizçilərdən birinin Neftçala rayonundan olduğu məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, meyiti sudan çıxarılan həmin şəxs Neftçala rayonunun Bankə qəsəbəsi, Taleh Xantəmirov küçəsi, ev 13 ünvanında yaşamış, 1978-ci il təvəllüdlü Məmmədəli Surxay oğlu İbrahimovdur.

Yaxınlarının verdiyi məlumata görə, Dənizçilik Akademiyasını bitirən M.İbrahimov 20 ildən çoxdur dənizçi işləyirmiş. Üç azyaşlı qız atası gəmi kapitanının köməkçisi işləyirmiş. Qara dənizdə gəmi batmamışdan bir gün əvvəl mobil telefonla sonuncu dəfə evlə əlaqə saxlayıb.

Mərhumun meyitinin yaxın günlərdə doğulduğu Bankə qəsəbəsinə gətiriləcəyi və orada dəfn olunacağı gözlənilir.

Qeyd edək ki, Qara dənizdə gəminin batması nəticəsində 2 azərbaycanlı ölüb. Onlardan biri M.İbrahimov, digəri isə gəmi kapitanı olan Turbat Kamil oğlu İsmayılovdur. Hazırda digər Azərbaycan vətəndaşının meyitinin axtarışları davam edir.