XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

10 Yanvar 2019 - 14:51

Qubada ağır yol qəzası:4 nəfər öldü

Quba rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisə baş verib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Quba-Xaçmaz yolunun rayonun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı 3 nəfər yerindəcə ölüb. Onlar Xaçmaz rayon sakinləridir – Coşqun Kamil oğlu Qasımov, Zakir Eldəniz oğlu Abasov, Nahid Teymur oğlu Məmmədov.

Sürücü – Rustov kənd sakini, 1979-cu il təvəllüdlü Ramin Əlfəddin oğlu Seyidəhmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada ölüb.

Qəza nəticəsində ölən Qasımov Coşqun Kamil oğlu və Abasov Zakir Eldəniz oğlunun xalaoğlu olduqları və 10-cu sinifdə oxuduqları bildirilib. Qəza məktəblilər repetitor yanına gedərkən baş verib.