XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

22 Fevral 2016 - 16:49

Ukraynada daha birazərbaycanlı öldürüldü

130144_res_01

 

Ukraynada azərbaycanlı qətlə yetirilib. Hadisə ölkənin Zaporojye şəhərində qeydə alınıb.

 

ANS PRESS-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, şəhərin Dzerjinski küçəsində atışma olması barədə məlumat alan polis dərhal əraziyə gedib. Aparılan araşdırmalar nəticəsində hadisənin Ukrayna ərazisində yaşayan qafqazlılar arasında baş verdiyi məlum olub. Nəticədə münaqişənin 2 iştirakçısı yaralanıb. Xəstəxanaya aparılanlardan biri – 1969-cu il təvəllüdlü şəxs xəstəxanada ölüb. Həmin şəxsin azərbaycanlı olduğu müəyyən edilib.

 

Həlak olanın şəxsi əşyalarına baxış keçirilərkən onların arasından RQD-5 qumbarası aşkar edilib.

 

Hazırda Cinayət Məcəlləsinin qəsdən ağır bədən xəsarətləri yetirmə, zərərçəkmişin ölümünə səbəb olma və silah, döyüş sursatları və partlayıcı maddələrin qanunsuz istifadəsi ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

 

Bir neçə gün əvvəl də Ukraynada azərbaycanlı amansızlıqla qətlə yetirilib. Hadisə Odessanın Admiral prospektində qeydə alınıb. Ərazidə yerləşən barların birinin yaxınlığında naməlum kişi bıçaqlanaraq öldürülüb. Aparılan araşdırmalar nəticəsində qətlə yetirilən şəxsin gənc iş adamı Aqşin Məmmədov olduğu müəyyən edilib. A. Məmmədovun meyiti Beyləqan rayonunun 1-ci Aşıqlı kəndinə gətirilərək orada dəfn edilib.