XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2019 - 11:17

İranda “Boeing” təyyarəsi qəzaya uğradı –Ölənlər və yaralananlar var FOTOLAR

İranda “Boeing-707” tipli hərbi yük təyyarəsi qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə yanvarın 14-də ölkə paytaxtı Tehran yaxınlığında yerləşən Kərəc şəhərinin Zibadəşt rayonu ərazisində baş verib. İlkin məlumata görə, qəza nəticəsində 10 nəfərə yaxın şəxs ölüb. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Təyyarə Qırğız Respublikasının paytaxtı Bişkekdən İranın Əlborz əyalətində yerləşən Peyam hava limanına uçurmuş. Məlumata görə, pilotun idarəetmədə yanlışlığa yol verməsi nəticəsində təyyarə Kərəc şəhərinin Feth hava limanına enməyə məcbur olub. Pilot eniş edərkən, təyyarəni hava limanın divarlarına çırıpıb. Göyərtəsində 10 nəfərlik heyət olan təyyarənin aeroport yaxınlığındakı evlərə də çarpıldığı barədə məlumat yayılıb. Hadisə yerinə helikopterlə xilasediclər göndərilib.