XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

22 Yanvar 2019 - 10:34

“Qırmızı Körpü”də əməliyyat –Külli miqdarda siqaret müsadirə olundu

Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsi Gürcüstandan gələrkən saxlanılıb və gömrük baxışı keçirilib.

Strateq.az Komitəyə istinadən bildirir ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib: “Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilən 2 400 ədəd “Gold Mount” markalı siqaret aşkar olunub”.

Faktla bağlı araşdırma aparılır.