İtaliyada vertolyot turist təyyarəsi ilə toqquşub.
“Report” xəbər verir ki, bu barədə “Rai News 24” telekanalı məlumat yayıb. Məlumata görə, aviaqəza nəticəsində həlak olanların sayı 5 nəfərə çatıb.
Bildirilir ki, hadisə zamanı xəsarət alanlar Fransa və İsveçrə vətəndaşlarıdır. Məlumata görə, hadisə Valle-d Aosta regionunun səmasında baş verib.