XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Yanvar 2019 - 13:34

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Şəmkirdə əməliyyat keçirdi –İki nəfər həbs olundu

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəmkir rayon Polis şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə birgə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, Baş İdarəyə Şəmkir sakini Turan Hüseynovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub:

“Onun yaşadığı evin zirzəmisinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd lüləsi kəsilmiş ov tüfəngi və 4 ədəd patron aşkar olunaraq götürülüb. T.Hüseynov ifadəsində silah-sursatın ona tanışı, Şəmkir sakini İbrahim İbrahimovun saxlamaq məqsədi ilə verdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxs də saxlanılaraq məsuliyyətə cəlb edilib”.

Faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 228.2.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb: “T.Hüseynov və İ.İbrahimovun barələrində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.