XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2019 - 10:47

Filippində kilsəni partlatdılar –19 ölü, 48 yaralı var

Filippində partlayış nəticəsində azı 19 nəfər ölüb, onlarla insan yaralanıb.

Bu barədə yerli polisə istinadən “Rappler” portalı məlumat yayıb.

Bildirilir ki, partlayışlar bazar günü səhər Holo adasının Sulu əyalətində baş verib. Partlayıcı qurğulardan biri kilsənin girişində, ikincisi isə daxilində işə düşüb. Partlayışlar nəticəsində 19 nəfər ölüb, 48-i isə xəsarət alıb.

Polis ərazidə təhlükəsizliyi təmin edir. Hazırda hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib/Report.